Ötən gün "Neftçi"də yeni təyinatlar reallaşdı. Baş məşqçi postuna Elxan Abdullayevi gətirən "ağ-qaralar" yola salınan icraçı direktor Elnur Məmmədovun vəzifəsini adaşı Elnur Eyvazova tapşırdı.
ADCO reklam şirkətinə başçılıq edən yeni icraçı direktor çox keçmədən hamının diqqət mərkəzinə düşdü. Bunun səbəbi isə onun "böyük məharəti"ni sübut edən videonun yayılması oldu. Belə ki, Elnur Eyvazov azyaşlı övladına söyüş öyrədir, hələ üstəlik bunu videoya çəkib gözəl bir əməl kimi sosial mediada paylaşır.
Təbii ki, onun bu hərəkəti normal qarşılana bilməzdi. İctimai fəaliyyətlə məşğul olan, hələ üstəlik "Neftçi" kimi bir klubda yüksək vəzifəyə təyin olunan şəxsin azyaşlı körpəyə söyüş öyrətməsini kim alqışlaya bilərdi ki? Elnur Eyvazov ötən gün bu hərəkətinə görə sosial mediada çox tənqid olundu.
Bəs bu hərəkətin səbəbi nədi? Yeni icraçı direktorun psixorloji problemləri ola bilərmi? Fanat.Az bu suallarla psixoloq Elnur Rüstəmova müraciət etdib.
- İnsan öz uşağına söyüş söyməyi öyrədir və bunu video çəkib sosial mediada paylaşır. Onun bu addımının səbəbi nədi, psixoloji problemlərinin olduğunu deyə bilərikmi?
- Düşünürəm ki, uşağa söyüş söyməyi öyrədən adama kimsənin "nomaldı" deyə yanaşması olmayacaq. Sosial şəbəkə informasiyanı paylaşmaq üçün bir məkandı. Amma yaxşı olardı ki, həmin şəxs uşağa söyüş söyməyi yox, alqışı, böyüyə, ataya, anaya hörməti öyrədib paylaşardı. Sosial şəbəkə həm də maarifləndirmə funksiyasını yerinə yetirməlidi. Bu prosesdə önəmli olan niyyətdi. Əgər mən ailəmlə bir yerə gedib şəkil paylaşıramsa, məqsədim insanlara "siz də ailənizlə gedin, çörək yeyin, çay için, yaxud parka gəzməyə çıxın" olmalıdı. Əlbətdə burda bir problem yoxdu. İnsanları mənfi addımlara təşviq edirəmsə, bu mənfi haldı. Hər hansı bir başqa insan da uşağını başqa bir formada çəkərək paylaşa bilərdi. Bu xoşagələn hal deyil, belə şeylərdən uzaq gəzmək lazımdı. İnsanlar da onlara təpki göstərməli, sosial dirəniş olmalıdı. Bunun yaxşı bir hərəkət olmadığını həmin valdeynə başa salmaq lazımdı. Həm uşağın tərbiyəsinə pis təsir edir, həm də pis örnəkdi.
- Bu cür insanların psixoloq dəstəyinə ehtiyacı varmı?
- Ümumiyyətlə bu dövrün tələbidi. İnsanların psixoloji dəstəyə ehtiyacı var. Amma bizdə fərqli bir fikir formaşıb. İnsanlar psixiotrik dəstəklə, psixoloji dəstəyi səhv salırlar. Psixoloji dəstəyi sağlam, normal insanlara göstərilir. Bunu nəzərə almaq lazımdı.
- Şəxsi məsuliyyətsizliyi üzündən bu tip videolar yayan insanların hərəkəti sizcə psixoloji problem deyil? Həm də bu adam ictimai fəaliyyətlə məşğul olur, ictimai təşkilatda vəzifə tutur...
- Sosial şəbəkədə belə bir limit yoxdu ki, kim istifadə edə bilər, kim yox. Ruhi xəstə də sosial şəbəkədən istifadə edə bilər. İctimai nəzarət olmalıdı. Sosial şəbəkələr indi özləri həmin nəzarət funksiyasını hansısa formada tənzimləməklə məşğuldu. Biz deyə bilmərik ki, ay filankəs sən sosial şəbəkədən istifadə etmə, filankəsi söymə. Amma ən azı bunun pis bir şey olması ilə bağlı fikrimizi bildirə bilərik. Lakin bunun qarşısını almaq üçün vahid bir mexanizm yoxdu. Kim nə bilir, bəlkə həmin vaxt o adam anlaqsız vəziyyətdə olub, özündə olmayıb, zərərli vərdişin təsiri altında olub? Bəlkə düşünüb ki, dünyanın ən yaxşı işini görür? Orda manyak da ola bilər. Hardan bilim manyak deyil? Çəkib paylaşıb, bəlkə səhər peşman olub? Bunlar da nəzərə alınmalıdı.
MilliYol.Az
Digər xəbərlər
loading...