Sosial şəbəkədə Astara Gömrük İdarəsində gömrük işçilərinin vətəndaşlarla kobud davranışları və qanunsuzluqla bağlı videogörüntüləri yayılıb.
Görüntünü paylaşanlar bildirirlər ki, gömrük işçiləri vətəndaşların üstünə qışqırır, yük və çantaları ilə pis davranılır. Həmçinin, idarədə intizam qaydaları gözlənilmir, uzun növbələr yaranır və idarənin içində "bazar" ab-havası hiss olunur.
Qaynarinfo.Az bununla bağlı Astara Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə zəng edib. Astara Gömrük İdarəsinin şəhər telefonu bir neçə saatdır məşğul olduğundan əlaqə qurmaq mümkün olmayıb. Dövlət Gömrük Komitəsində də telefona cavab verən olmayıb.
Videonu təqdim edirik:
MilliYol.Az
Digər xəbərlər
loading...