Ümumrusiya Azərbacanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynovu güllələməkdə ittiham olunan daha bir azərbaycanlı killerin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Ulyanovsk vilayət prokurorluğu 41 yaşlı azərbaycanlı Ramin Bağırovun yeri müəyyənləşdirib. Beynəlxalq axtarışda olan R.Bağırov Salyan rayonunda yaşadığı məlum olub.
Sui-qəsdin digər iştirakçısı, R.Bağırovun yaxın qohumu 48 yaşlı Nahid Zahidov 2013-cü ildə Moskvada həbs olunub. O, məhkəmənin qərarına əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ramin Bağırov isə Lənkəran şəhər Məhkəməsinin hökmü ilə 13 il cəza alıb.
İstintaqın gəldiyi nəticəyə görə, 11 sentyabr 2012-ci ildə Ramin Bağırovla Nahid Zahidov diaspor təşkilatının lideri İslam Hüseynova və onun cangüdəni Beznosyuka "Ulyanovsk milli mədəniyyətlərin dirçəliş və inkişafı üçün Mərkəzi"ndə hücum ediblər.
Beznosyuk aldığı yaralardan vəfat edib, Hüseynov isə başından yara alıb.
İstintaqın məlumatına görə, N.Zahidov, Hüseynova qarşı şəxsi nifrət zəmnində onu öldürmək qərarına gəlib. Bu cinayəti törətmək üçün o, həmyerlisi və qohumu R.Bağırovu da cəlb edib.
Xatırladaq ki, İslam Hüseynov özü də “zəngin kriminal keçmiş”ə malikdir. O, 1994-cü ildə Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinərək federal axtarışda olub.
2004-cü ildə sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə məsuliyyətə cəlb edilib. 2006-cı ildə onun adı saxta Rusiya vətəndaşlığı almaqda keçib. Nəticədə pasportu ləğv olunub.
İ.Hüseynovun yerli kriminal qruplaşmalarla sıx əlaqəsinin olduğu və azərbaycanlı biznesmenlərə qarşı reketlik etdiyi haqda məlumatlar da var. Ona qarşı 2012-ci ildə edilmiş sui-qəsd cəhdinin də Ulyanovskda iki azərbaycanlı kriminal qruplaşma arasında “razborka”nın tərkib hissəsi olduğu bildirilir.
Digər xəbərlər
loading...