«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında başlamış meşə yanğını səbəbilə, 12 min sakin təcil təxliyyə olunub
Təbii yanğın ştatın Aydiluayld (Los-Ancelesin şərqi) şəhərinə yayılıb. Bu barədə yerli «8 News NOW» telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, alov evləri bürüyüb, amma yaralılar barədə məlumat yoxdur. Kaliforniya polisi sürücünü dirdinmək üçün bir avtomobili saxlayıb – yanğının başlanğıc nöqtəsində (Riversayd dairəsi) bir şübhəli avtomobilin görünməsi barədə xəbərin daxil olmasından sonra.
San Bernardino milli qoruğunun əməkdaşlarının məlumatına görə, yanğın artıq 12 kvadrat kilometr ərazini əhatə edib. Milli parkın «Tvitter» səhifəsində Aydiluayld rayonu sakinlərinin «təcili evakuasiya»sı elan olunub.
ABŞ idarələrarası Milli yanğın mərkəzi (NİFC) xəbər verir ki, ölkənin 13 ştatında 60 meşə yanğını tübyan edir. Onların böyük qismi ölkəin qərbində və Alyaska ştatındadır.
Kaliforniya, Kolorado, və Yuqa ştatlarında yüzlərlə sakin təxliyyə olunub. NİFC-in məlumatına görə, 2018-ci ildə ABŞ-da meşə yanğınlarının sahəsi 11,7 min kvadrat kilometr təşkil edir, ilin əvvəlindən alışmaların sayı isə 30 min olub.
Kaliforniya ştatının qubernatoru meşə yanğınları səbəbilə, iyulun 6-da San-Dieqo dairəsində fövqəladə vəziyyət elan edib.
Digər xəbərlər
loading...