Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bayramzadə Sinan Ədalət oğlu sərbəst buraxılıb
MilliYol.Az-ın BakuPost.az-a istinadən məlumatına görə, o sərbəst buraxılan kimi ölkə ərazisini tərk edib. Hazırda Sinan Bayramzadənin Kiyevdə olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, dindirlimə zamanı S.Bayramzadənin kriminal qruplaşma üzvü olduğu təsdiqlənib. Məlum olub ki, o, kriminal aləmdə "Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.
"Dağlı Sinan” həm də Azərbaycanlı məşhur "qanuni oğru”, "Lotu Yunus” ləqəbli Yunis Nəzərovun yaxın qohumudur. Bu amil də onun kriminal qruplaşmada çox tanınmasında əsas rol oynayıb.
Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məşhur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.
Qeyd edək ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.
Digər xəbərlər
loading...