Müğənni-bəstəkar Murad Arif son günlər ünvanına deyilən tənqidlərə cavab verib
Axşam.az-ın məlumatına görə, bir çox həmkarı Muradın “Oppalara” mahnısını qınayıb. Onlar bəstənin mövsümlük mahnı olduğunu bildiriblər. Əkizlər Sevil və Sevinc Səfərovalar da bu günlərdə bəstə ilə bağlı tənqidlər səsləndirmişdi.
M.Arif onlara cavab verərək, İnstaqramında bunları yazıb:
“Deyirlər ki, “sezonnu” mahnıların kralı - Murad Arif. Siz Allah nə çəkib danışırsınız belə şeyləri? Paxıllıq və xainliyin də məntiqi olar! Siz içinizin zibilliyində eşələnərkən, nəğmələrim insanların tarixçələrinə, dolayısıyla tarixə çevrilir. Hörmətlə, balaca musiqi adamı”.
Qeyd edək ki, müğənni Lətifə Söyuöz də Muradın son vaxtlar hit yazmadığını bildirmişdi.
Digər xəbərlər
loading...