Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 18 yaşlı Nihat Muradovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
Virtualaz.org-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində, “Üzümlük” massivində Nicat Muradova məxsus evdə baş verib. Qax rayon sakini, 1951-ci il təvəllüdlü Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti həmin mənzildən tapılıb. Evdən qızıl əşyaların oğurlandığı müəyyənləşib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar zamanı hadisənin tamah məqsədilə törədildiyi məlum olub.
İlkin məlumatlara görə, 18 yaşlı oğlan özünə telefon almaq üçün valideynlərindən pul istəyib. Lakin valideynləri ona pul verməyiblər. Nihat evdəki qızılları götürüb qaçmaq istədikdə onlara qonaq gəlmiş nənəsi nəvəsinə mane olub. Nihat da onu bıçaqla vurub.
Digər xəbərlər
loading...