REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun işi üzrə yeni apellyasiya baxışının vaxtı məlum olub
Bu barədə virtualaz.org-a vəkil Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, baxış iclası Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasovun sədrliyi ilə avqustun 10-da, saat 11-də keçiriləcək.
Qeyd edək ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər
loading...