Suriyanın cənubundakı Es-Suveyda vilayətində çərşənbə günü baş verən terror hücumları nəticəsində ölənlərin sayı 246 nəfərə çatıb
Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.
Londonda yerləşən "Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi" qeyri-hökumət təşkilatının məlumatına görə, hücumlar Suriya hökumətinin nəzarəti altındakı ərazidə baş verib, ölənlərin sayı arta bilər.
Məlumata görə, ölənlərin 135 nəfəri dinc sakin, qalanları isə ordunun hərbçiləri və iqtidaryönlü könüllülərin döyüşçüləridir.
Digər xəbərlər
loading...