"Kukesi"nin kapitanı İliya Şameti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb
- Hesabdan razı qaldınız?
- Bizim üçün önmli heç-heçədir. Çünki vuracağımız bir qol hər şeyi həll edə bilər. Məqsədimiz o idi ki, sərfəli nəticə əldə edək. Bunu da bacardıq.
- "Valletta" ilə oyundakı nəticəni təkrarlamaq nə dərəcədə mümkündür?
- Biz hamımız səfərdə yaxşı nəticəyə ümid edirik. Bütün komanda bu matça hazırlaşacaq. Maltada olduğu kimi, Bakıda da görüşü öz xeyirimizə başa vurmağa çalışacağıq.
- Şərab kimisiniz. Yaşlandıqca daha yaxşı oynayırsınız...
- Mümkün olduğu qədər oynamaq istəyirəm. Əgər siz məşq edirsiniz və yaxşı formadasınızsa, yaş önəmli deyil.
- Komanda çox yaxşı müdafiə olundu. Özünüzü 3-lü müdafiədə necə hiss etdiniz?
- Arxada daha bir nəfər var idi. Düşünürəm ki, yaxşı uyğunlaşa bildik. Deyə bilərik ki, rəqib heç bir şeyə risk etmədi. Azərbaycanda da eynisini edəyəcəyimizə inanırıq.
- Aqolli ilə görüşdünüz?
- Ansi kimi uzun illər millinin formasını geyinmiş bir futbolçu ijə görüşmək xoş oldu. Keçmiş kapitan hələ də yüksək səviyyədə oynayır. Onun əlini sıxdım və dedim: Azərbaycanda görüşərik!
Digər xəbərlər
loading...