Qırğızıstanda yol tikintisi layihəsində podratçı olan “Alke İnşaat Sənaye və Ticarət” şirkətinin rəhbəri Rəşad Qəmbərov virtualaz.org saytının redaksiyası ilə telefon əlaqəsi saxlayıb və onların “Azadlıq” radiosunun qırğız xidməti tərəfindən “Azərbaycan şirkəti” kimi təqdim edilməsinin düzgün olmadığını bildirib
“Alke İnşaat Sənaye və Ticarət” A.Ş. Türkiyə şirkətidir, mən bu şirkətin Qırğızıstan nümayəndəliyinin rəhbəriyəm. Bizi “Azərbaycan şirkəti” kimi təqdim etməklə “Azadlıq” radiosu yanlışlığa yol verib. Görünür nümayəndəliyin rəhbərinin azərbaycanlı olduğunu görüb bu qənaətə gəliblər. Mən hazırda “Azadlıq” radiosunun redaksiyası ilə əlaqə saxlamağa və xəbərin düzəldilməsinə çalışıram”-R.Qəmbərov bildirib.
Yol tikintisində çalışan fəhlələrin əmək haqlarının verilməməsi probleminə gəldikdə isə R.Qəmbərov deyib ki, əslində bu subpodratçı təşkilatdan yaranmış problemdir və “çox qarışıq məsələdir”. Onun sözlərinə görə, maaş problemi həll olunmaq üzrədir.
“Bizim şirkətin əvvəllər Azərbaycanda layihələri olub, indi isə Azərbaycanda işləmirik. “Azərsu” ASC-nin binasının tamamlanması üzrə podratçı qismində seçilən “ALKE İnşaat və Ticarət” ASC –nin də bizimlə bağlılığı yoxdur. Bu şirkətlə əvvəllər tərəfdaşlığımız olub, amma hüquqi baxımından o tamam ayrı şirkətdir”-Qırğızıstandan zəng vuran Qəmbərov dəqiqləşdirib.
Digər xəbərlər
loading...