Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq
Axşam.az-ın məlumatına görə, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən gecəyə bir çox rusiyalı məşhur qatılacaq. Bu münasibətlə müğənnilər paytaxtımıza gəlib. Musiqi festivalının qonaqları sırasında Anna Sedokova da yer alıb.
Sedokova "Hello.ru"nun kamerası qarşısına keçib və Bakı ilə bağlı fikirlərini bölüşüb. O, festivalın uğurlu keçəcəyinə inandığını bildirib. "Bu şəhər məni qorxudur. Çünki dəlicəsinə əyləncəlidir" deyə, müğənni sözlərinə əlavə edib.
Qeyd edək ki, "Jara" festivalı iyulun 29-na kimi davam edəcək.
Digər xəbərlər
loading...