Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı rəsmi danışıqlara start verilib
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun nümayəndə heyəti bu məqsədlə Makedoniyaya səfər edib.
NATO-nun Siyasət və təhlükəsizlik şöbəsinin Avroatlantik və qlobal əməkdaşlıq üzrə direktoru Ceyms Makkeyin rəhbərlik etdiyi nümayəndə heyəti Skopyedə Makedoniyanın baş naziri Zoran Zaevlə görüşüb. Z. Zaev bildirib ki, ölkəsi ilə NATO arasındakı əlaqələrin hazırkı mərhələsi təhlükəsizlik və sabitliyin təminatına aparır, bu isə Makedoniyanın iqtisadi inkişafı üçün əlavə imkanlar açır.
Digər xəbərlər
loading...