Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilir? Novator.az Xarici İşlər Nazirliyinin saytında siyahıya nəzər salıb
Adi xarici pasportla Rusiyaya, Ukraynaya, Belarusa, Moldovaya, Gürcüstana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Tacikistana səfər edən Azərbaycan vətəndaşlarının 90 gün qalmaq imkanları var.
Serbiya səfəri və Makedoniya səfəri (2019-cu il martın 15-dək) üçün də vizasız 90 gün müddət qüvvədədir.
Azərbaycan vətəndaşlarına Türkiyədə 1 ay, İranda 15 gün vizasız qalmaq hüququ verilir.
Diplomatik, xidməti və ya rəsmi (xüsusi) pasportla 61 ölkəyə, o cümlədən Almaniya, Fransa, İspaniya, İsveçrə, İtaliya, İsrail, Cənubi Koreya və Yaponiyaya vizasız səfər etmək olar.
MilliYol.Az
Digər xəbərlər
loading...