Çempionlar Liqasında I tura yekun vurulub. MilliYol.Az xəbər verir ki, ikinci oyun günündə 9 qarşılaşma baş tutub.
Əslində 8 matç keçirilməli idi. Lakin dünən güclü leysan yağışı üzündən təxirə salınan "Mançester Siti" - "Borussiya" (Münhenqladbax) qarşılaşması da bu gecə baş tutub. İngiltərə klubu rəqibini 4:0 hesabı ilə yenib.
E qrupunda “Tottenhem” “Monako”nu qəbul edib və uduzub - 1:2. Moskva ÇSKA-sını qəbul edən "Bayer" matçın əvvəlində 2:0 hesablı üstünlük əldə etsə də, meydandan bir xalla ayrılıb - 2:2.
F qrupunda "Real" "Sportinq"i qəbul edəcək. Madrid təmsilçisinin ulduzu Kriştiano Ronaldo yetirməsi olduğu kluba qarşı oynayıb. "Real" 89-cu dəqiqəyə qədər hesabda geri olub. Əvvəlcə Ronaldo bərabərliyi təmin edib. 90+5-ci dəqiqədə isə Alvaro Morata qələbə qolunu vurub - 2:1. Qrupun digər matçında Dortmund "Borussiya"sı "Ligia"nı 6:0 hesabı ilə darmadağın edib.
G qrpupunda ötən mövsüm İngiltərə çempionu olaraq hamını təəccübləndirən "Lester" "Brügge"yə qalib gəlib - 3:0. "Portu" isə "Kopenhagen"lə "sülh" bağlayıb - 1:1.
H qrupunda günün əsas qarşılaşması baş tutub. Bu matçda Çempionlar Liqasının 2014/15 mövsümünün finalçısı "Yuventus" son 3 mövsümdə Avropa Liqasının qalibi olmuş "Sevilya"nı qəbul edib. Oyunda hesab açılmayıb. Qrupun digər oyununda Lion "Olimpik"i Zaqreb "Dinamo"sunu 3:0 hesabı ilə yenib.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 14 sentyabr
C qrupu
Mançester Siti (İngiltərə) - Borussiya M (Almaniya) 4:0
Qollar: Serxio Aquero, 9; 28-pen; Keleşi İheanaço, 90+1.
E qrupu
Tottenhem (İngiltərə) - Monako (Fransa) 1:2
Qollar: Tobi Alderveyreld, 45 - Bernardo Silva, 15. Tomas Lemar, 31.
Bayer (Almaniya) - ÇSKA (Moskva) 2:2
Qollar: Admir Mehmedi, 9. Hakan Çalhanoğlu, 15 - Alan Caqoyev, 37. Roman Yeremenko, 38.
F qrupu
Real (İspaniya) - Sportinq (Portuqaliya) 2:1
Qol: Cristiano Ronaldo, 89. Alvaro Morata, 90+5 - Bruno Sezar, 48.
Legiya (Polşa) - Borussiya D (Almaniya) 0:6
Qollar: Mario Götze, 7. Sokratis Papastatopulos, 15. Mark Bartra, 17. Rafael Querreyro, 51. Qonzalo Kastro, 76. Pyer-Emerik Aubameyanq, 87.
G qrpupu
Brügge (Belçika) - Lester (İngiltərə) 0:3
Qollar: Mark Albriqton, 5. Riyad Mahrez, 30; 61.
Portu (Portuqaliya) - Kopenhagen (Danimarka) 1:1
Qollar: Otavinyo, 13 - Andreas Kornelius, 52.
Qırınızı vərəqə: Jan Qrequs, 67 (Kopenhagen).
H qrupu
Yuventus (İtaliya) - Sevilya (İspaniya) 0:0
Olimpik L (Fransa) - Dinamo Z (Xorvatiya) 3:0
Qollar: Korentin Tolisso, 13. Cordan Ferri, 49. Maksvel Kornet, 57.
MilliYol.Az
Digər xəbərlər
loading...