ABŞ polisi avtomobil dələduzluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanı ifşa edib
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, qruplaşma 25 nəfərdən ibarət olub. Bunların arasında iki Ukrayna, iki Latviya, dörd Azərbaycan, yeddi Rusiya, beş Gürcüstan və üç Qazaxıstan vətəndaşı olub. İttiham olunanlar arasında həmçinin ABŞ və Türkiyə vətəndaşları var.
Bu günlərdə Miçiqanda və Floridada dəstənin bir neçə üzvü, Nyu-Yorkda isə 11 nəfər saxlanılıb.
Qeyd olunur ki, cinayətkarlar avtomobil əldə etmək arzusunda olan vətəndaşların pullarını götürərək aradan çıxırmışlar. Qurbanlar dələduzları yalan elanların köməyi ilə özləri tapıb. İlkin olaraq cinayətkarlar “şirkətlər” açıblar və ABŞ vətəndaşları dələduzların hesablarına cəmi 4,5 milyon dollar pul köçürüblər.
Amerika qanunlarına görə, dəstə üzvlərini 30 ilə qədər həbs cəzası gözləyir. Pulların yuyulması ittihamına görə isə cəza müddətinin üstünə daha 20 il gələ bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...