“Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. Bununla bağlı RETSİ və ETSİ-lərə xüsusi tapşırıqlar verilib
Qeyri əhali abonentlərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım Elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların da qarşısını alacaq və vətəndaş məmnunluğunu artırmış olacaq.
“Azərişıq” ASC-nin mətbuat xidməti
MilliYol.Az
Digər xəbərlər
loading...