25 yaşlı müğənni Demi Lovato Los-Ancelesdə xəstəxanaya yerləşdirilib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun halının pisləşməsinə səbəb narkotik maddə qəbul etməsi olub. Həkimlər ifaçının halının hazırda yaxşı olduğunu bildiriblər.
"Deminin halı hazırda yaxşıdır. Ailəsi onun haqqında yayılan xəbərlərin yığışdırılmasını istəyir. Çünki onların şəxsi işlərinə qarışmaqlarına üzülürlər. İndi ən önəmlisi Deminin səhhətinin yaxşı olmasıdır" deyə, sənətçinin köməkçisi açıqlama yayıb.
Məlumatda bildirilib ki, Lovato Hollivuddakı evində huşsuz vəziyyətdə tapılıb. Onu dostları tapıb və xəstəxanaya aparıblar.
Qeyd edək ki, Demi uzun illərdir narkotiklə mübarizə aparır.
MilliYol.Az
Digər xəbərlər
loading...