1 may nümayişçisinə qoçuluq edən Aleksandr Benalla şefini pis vəziyyətdə qoyub
Fransa prezidenti Emmanuel Makron gözlənilmədən yeni qalmaqalla üzləşib. Dövlət başçısının nüfuzu əsl “arxadan vurulan zərbə” ilə sarsılıb.
Çünki qalmaqal onun arxasında duran insanla, daha doğrusu, cangüdəni ilə bağlıdır.
Belə ki, Emmanuel Makronun canını qorumaqla mükəlləf olan Aleksandr Benalla adlı şəxsi bu ilin mayın 1-də prezidentə etiraz edən bir nümayişçini əzişdirən yerdə görüblər.
Qalmaqal “Le Monde” qəzetinin iyulun 18-də dərc etdiyi materialdan sonra qızışıb. Həmin videoda polislərin bir etirazçını sərt şəkildə saxladığı, onlardan birinin isə onun başından vuraraq yerə sərdiyi görünür. Jurnalistlər başında dəbilqə olsa da, hücum edən “polis”in Emmanuel Makronun yaxın ətrafında olan Aleksandr Benalla olduğunu dərhal müəyyən ediblər.
Məsələ o dərəcədə böyüyüb ki, Fransanın daxili işlər naziri Jerar Kollon Milli Assambleyanın hüquq komissiyasında tam 2 saat izahat verməli olub.
“Kommersant” qəzetinin yaıdğına görə, indi müxalifət məsələni siyasiləşdirmək üçün əlindən gələni edir.
26 yaşlı Aleksandr Benallanın həyatını araşdıran junalsitlər bir çox qəribə faktlarla üzləşiblər.
Məlum olub ki, bu adamın nəinki polislə, heç rəsmi olaraq prezidentin mühafizə orqanı ilə heç bir rəsmi bağlılğı yox imiş. Lakin onun Sosialst partiyasının təhlükəsizlik xidmətində çalışdığı bilinir.
Benalla Sosialist partiyasının keçmiş birinci katibi Martin Obrinin sürücüsü olub və keçmiş prezidentt Fransua Ollandın da yaxın ətrafına girməyi bacarıb. Onun 2012-ci ildə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı, bu səbəbdən bir müddət işdən qovulduğu da aşkar olunub.
Bundan başqa, Aleksandr Benalla Emmanuel Makronun hakimiyyətin ən yüksək pilləsinə qaldığı dövr boyunca onun canının sağlığını qoruduğu mətbuatda yazılır. Onun prezidentlə onlarla fotoşəklinə rast gəlmək mümkündür.
Hətta deyilənə görə, Aleksandr Benalla prezidentin siyasi rəqiblərini zallardan zorla çıxırılması, jurnalistlərin təhdid edilməsi ilə də məşğulmuş.
Rəsmi vəzifəsi olmadığı halda bu adamın maşını xüsusi avadanlıqla, sayrışan işıqlarla təchiz olunub. Üstəlik, ehtiyatda olan zabit statusuna rəğmən növbədənkənar rütbəsi artırılıb, habelə silah gəzdirmək hüququ əldə edib.
Fransız jurnalistlər Benallanın dövlət başçısının rəsmi mühafizəsini təşkil edən orqan sayılan GSPR-a (Groupe de securite de la presidence de la Republique- Respublika prezidentinin təhlükəsizlik qrupu) aid olmadığnı asanlıqla müəyyənləşdiriblər.
Son hadisədən sonra Emmanuel Makronun zatən aşağı olan reytinqi daha da düşüb. Belə ki, “Le Figaro” qəzetinin apardığı sorğuda prezidentin nüfuzunun 32% civarına qədər gerilədiyi qeyd olunub. İctimai rəy araşdırılması institutu sayılan KANTAR Sofres-ın apardığı sorğularda isə prezidentin siyasətini əhalinin sadəcə 34%-nin təqdir etdiyi göstərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...