ehorussia.com, 24.07.2018
Donald Trampın keçmiş siyasi texnoloqu, çoxlarının fikrincə, indiki Ağ Evin boz kardinalı kimi qalan və əvvəlkitək Trampa böyük təsiri olan Stiv Bennon Reuters agentliyinə danışıb ki, Brüsseldə Avropa Birlriyini laxlatmağa və son nəticədə iflic etməyə nəzərdə tutulan siyasi təşkilat qurub.
Bennon və köməkçisi, keçmişdə Britaniyanın Avropa şəkkakları hərəkatının lideri Naycel Faracın sağ əli Rahim Kassamın danışdığı kimi, The Movement (Hərəkat) adlı təşkilat artıq iş aparır və əməkdaş toplayır.
Kassam deyib: ““Hərəkat” Avropadakı populist və millətçi hərəkatlar üçün koordinasiya mərkəzi olacaq. Biz diqqətimizi insanlara yardıma və suverenlik, sərhəd nəzarəti, əmək bazarı kimi məsələlərin narahat etdiyi təşkilatlara cəmləyəcəyik”.
O, əlavə edib: “Biz mənzil qərargahımızı Brüsseldə yerləşdirməyi qət etdik, çünki bura Avropa Birliyinin ürəyidir – bu günki dünyada milli demokratiyalar üçün ən fəlakətli yerdir”.
“Təşkilatın artıq önəmli illik büdcə ilə dəqiq strukturu var və biz əməkdaş yığmağa başlamışıq”.
Kassam təşkilat haqda əlavə incəlikləri dəqiqləşdirməkdən imtina edib. Keçən həftə Londonda olan və Faracla, Lui Aliyu ilə, fransız ultramillətçisi Marin Le Penin yaxın silahdaşıyla görüşən Bennon yaratdığı təşkilatı “populist layihə” adlandırır və məqsədi Avropada “tektonik tərpəniş” törətməkdir.
“Avropada növbəti ildə parlament seçkiləri həm Avropa şəkkakları, həm də islahatçılar üçün böyük sınağa çevriləcək, “Hərəkat” isə məhz onların kəsişdiyi nöqtədir, – Kassam deyib. – Siyasi isteblişment saysız-hesabsız qeyri-hökumət təşkilatlarının dəstəyindən uzun illər istifadə edir, əl əli yuyur. Biz qərara gəldik ki, Avropada öz maraqlarını lobbiləşdirən böyük biznesin deyil, sıravi vətəndaşların tərəfində duracaq təşkilat qurmağın zamanı çatıb”.
ABŞ prezidenti Donald Tramp 2016-cı il avqustun 17-də Bennonu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə qanunsuz maliyyə əlaqələrində olmaqda ittiham edilən Pol Manafortun yerinə öz seçki kampaniyasının yeni rəhbəri təyin edib.
Seçilmiş prezident Tramp 2016-cı il noyabrın 3-də Bennonu özünün gələcək administrasiyasında strateji analizə görə məsul şəxs və baş müşavir təyin edib.
Donald Tramp 28 yanvar 2017-ci ildə Bennonu sərəncamla ABŞ Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil edib, eyni zamanda onu qərargah rəislərinin birləşmiş komitəsinin rəisliyindən və milli kəşfiyyatın direktorluğundan çıxarıb.
Bennon Tramp administrasiyasının ən nüfuzlu əməkdaşlarından biri sayılıb.
2017-ci il fevralın əvvəlində məlum olub ki, Bennon digər baş müşavir Cared Kuşnerlə birgə administrasiyada başqa heç bir strukturun işini təkrar etməyən və prezident Tramp üçün tövsiyələr hazırlamağa nəzərdə tutulan, təzə yaradılan analitik mərkəzə rəhbərlik edir.
Prezident Tramp 5 aprel 2017-də Bennonu ABŞ Milli Təhlükəsizlik Şurasından çıxardıb.
Stiv Bennon 2017-ci il avqustun 18-də baş müşavir postundan istefa verib.
2018-ci il yanvarın 16-da Tramp administrasiyasının Rusiya ilə əlaqələri mövzusunda çağırış vərəqəsilə Təmsilçilər Palatasının kəşfiyyat üzrə Komitəsinə ifadə verməyə çağırılan Bennon qapalı toplantıda Ağ Evin yasağına istinad etməklə konqresmenlərin suallarını cavablandırmaqdan imtina edib.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...