"Türkiyə digər ölkələrə, həmçinin İran və Rusiyaya qarşı atılan addımları dəstəkləmir"
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.
"ABŞ Fətullah Güləni Türkiyəyə təslim etdiyi halda belə, biz öz fikirimizdən dönməyəcəyik. Lakin buna baxmayaraq, ABŞ bizim müttəfiqimizdir, sadəcə bizim seçimimiz hər hansı bir şərtə bağlı deyil"-, o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib: "Azərbaycan FETÖ-nün fəaliyyətinin qarşısının alınmasında ciddi addımlar atıb".
MilliYol.Az
Digər xəbərlər
loading...