Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib. Onun sözlərinə görə, Rafael Məmmədov özü dopinqdən istifadə etməsi ilə bağlı quruma müraciət edib:
"Rafael Məmmədov əvvəllər peşəkar səviyyədə hansısa idman növü ilə məşğul olub. Sonra həmin idmanı atıb və başqa işlə məşğul olduğu vaxt trenajor zalına gedib. Trenajor zalında çalışanda bir ay dopinq qəbul edib. İndi isə gəlib bunu etiraf edib və cəzasını başa vurandan sonra peşəkar idmana qayıtmaq istədiyini bildirib. Bu, dünya idmanında nadir hallarda baş verən hadisədir".
Qərarə əsasən, orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi aşkarlanan R.Məmmədov 12 ay müddətinə diskvalifikasiya olunub. Cəza 16 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.
Digər xəbərlər
loading...