Konyada 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəlir adlı qadın 4 ildir birlikdə yaşadığı evli sevgilisi, 46 yaşlı kolleksioner Rahim A. tərəfindən öldürülüb
Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında Karatay rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.
Üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.
Rahim bu gün avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Onun tapılması üçün əməliyyat başlayıb.
Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəbərlər
loading...