Xaqani Hüseynovla Anar Vəliyev icra başçısına "haqq" verir?
Şahin Quliyev ƏSMM müdirini niyə himayə edir?
Dövlət Sosial Müdafiə Fondunun Beyləqan şöbəsinin müdiri Xaqani Hüseynovla rayon ƏSMM-nin müdiri Anar Vəliyev arasında münasibətlər gərginləşib. Bu barədə MilliYol.Az-a Beyləqandan məlumat verilib.
Məlumat verən mənbə bildirir ki, hətta bir neçə gün əvvəl onların arasında mübahisə yaranıb. Buna səbəb isə Xaqani Hüseynovun DSMF-nin şöbə müdiri olmaq üçün 40 min dollar xərcləməsidir. Mənbə bildirir ki, o, bunun üçün DSMF-nin aparat rəhbəri Şahin Quliyevə 25, Beyləqanın icra başçısı Vaqif Abdullayevə 15 min dollar verib. Vasitəçi isə Anar Vəliyev olub.
Şöbə müdiri olmaq üçün tələb olunan pulu Parabankın Beyləqan filialından götürən Xaqani Hüsyenov indi problemlə üzləşib. Dolların məzənnəsi qalxdıqca ödənişləri artan şöbə müdiri krediti ödəyə bilmir.
Anar Vəliyevlə Xaqani Hüsyenov arasındakı narazılığın başqa bir səbəbi birincinin onun işlərinə müdaxilə etməsidi. ƏSMM müdiri keçmiş iş yeri olan DSMF-ni şəxsi mülkü kimi idarə edir. Anar Vəliyev keçmiş iş yerində nüfuzunu saxlamaqla yanaşı, həm də bir çox işlərə birbaşa nəzarət edir. Rayon vətəndaşlarına qanunsuz yollarla pensiya düzəltməklə ad çıxaran Anar Vəliyev köhnə işlərindən əl çəkmir. Çünki onun arxasında DSMF-nin aparat rəhbəri Şahin Quliyev dayanır. Bu həmin Şahin Quliyevdir ki, Beyləqan DSMF-nin şöbə müdiri işləyən zamanı adı bir çox qalmaqallara qarışıb, bir çox qanunsuz işlərdə hallanıb. İndi isə Anar Vəliyevə yüksək səviyyədə dəstək verir. Xaqani Hüseynov bankdan götürdüyü kredityi verə bilmədiyi üçün Anar Vəliyevdən onun işlərinə qarışmamağı tələb edib.
Onu da qeyd edək ki, Anar Vəliyev bir çox məclislərdə Beyləqanın icra başçısı Vaqif Abdullayevə hər ay 2 min manat haqq verdiyini açıq şəkildə dilinə gətirir. Hətta Vaqif Abdullayevə "dayım" deyən mərkəz müdiri 2 min manatın icra başçısı üçün xırda bir vəsait olduğunu bildirir. Beyləqan ƏSMM müdirinin dediklərindən belə çıxır ki, icra başçısı Vaqif Abdullayev daha böyük pullar qazanır və ciddi korrupsionerdi.
Eyni iddialarla Xaqani Hüseynov da çıxış edir. Onun sözlərinə görə, hər ay başçıya 2 min manat haqq verir. Üstəlik, hər iki məmur vəzifəyə təyin olunarkən Vaqif Abdullayevə 20 min manat rüşvət verdiklərini dədilə gətirirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...