"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Almaniya milli komandasında karyerasını başa vurub
MilliYol.Az-ın goal.az-a saytına istinadən xəbər verir ki, futbolçu bununla bağlı açıq məktubunu yayıb. O, Almaniya Futbol İttifaqı (DFB) tərəfindən qəbul olunmuş qərarda irqçilik təzahürlərini göstərib.
Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. DFB rəhbəri Raynhard Qrindel yaranmış vəziyyətdən sonra onu yanına çağırıb.
"Son hadisələrlə əlaqədar uzun götür-qoydan sonra ürək ağrısı ilə Almaniya yığmasında daha oynamamağa qərar verdim. Çünki mən öz ünvanıma irqçi və hörmətsiz münasibət hiss edirəm" - deyə futbolçu özünün "Twitter" səhifəsində yazıb. Onun Türkiyə prezidenti ilə fotosu ciddi tənqidlərə səbəb olmuşdu.
Digər xəbərlər
loading...