ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, N. Heyli bunu CBN-ə müsahibəsində deyib.
"Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır", - səfir vurğulayıb.
Səfirin fikrincə, Donald Trampın Vladimir Putinlə görüşü baş verməli idi. O, Vaşinqtonun Moskvaya münasibətdə yeritdiyi siyasətdən razı olduğunu söyləyib.
Xatırladaq ki, iyulun 16-da Helsinkidə ABŞ və Rusiya prezidentləri arasında görüş keçirilib.
Digər xəbərlər
loading...