“Ailə quranda da özüm onun yanında gedəcəm. Deyəcəm, tək olmaz”
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova “Xəzər maqazin”ə açıqlamasında deyib.
Qızı Gülərdən danışan aktrisa bildirib ki, övladına çox qadağalar qoyur:
“Qızımın həm anası, həm də atasıyam. O, atasızlığı hiss etmir. Çünki onun ataların atası olan anası var. Mən həyatımı sənətimə qurban vermişəm. Qızıma demişəm ki, çoxlu uşaqların olsun, anan böyüdəcək.
Məktəbdə ona nəsə desələr, cavab verir ki, anamdan soruşum. Bilir ki, ona ən gözəl şeyləri anası edir. Alman dili müəlliməsi bir il ona dərs deyib, amma bilməyib ki, mənim qızımdır. gülər bu haqda məktəbdə danışmağı xoşlamır. Məktəb vaxtında telefon, iPad olmaz. Otağında da olmaz, icazə vermirəm”.
Digər xəbərlər
loading...