“Ağacı Allah yaradıb, amma buraya mən baxıram”
Musavat.com xəbər verir ki, Qubanın Qəçrəş kəndində ərəb turistlə azərbaycanlı gənc ağacın kölgəsinə pul ödəməyə görə mübahisə edib.
Hadisənin şahidi olan əməkdaşımız həmin anları lentə alıb.
Həmin yerdə somavar çayı satan gənc ərəb turistdən ağacın kölgəsinə görə 5 manat pul tələb edib. Bu da turistin narazılığına səbəb olub. Ərəb turistlərdən biri ağacı Allahın yaratdığını deyib. Gənc isə ona, “Ağacı Allah yaradıb, amma bu məkanın sahibi mənəm, 5 manat verməlisən” deyərək mübahisə edib.
Sözügedən hadisə anının görüntülərini sizlərə təqdim edirik:
Digər xəbərlər
loading...