Xəbər verdiyimiz kimi, dünən xalq artisti Flora Kərimovanın ad günü idi
Axşam.az-ın məlumatına görə, müğənni son 25 ildir ki, özəl gününü qeyd etmədiyini bildirib. O, buna səbəb həmin gün Ağdamın işğal günü olmasını deyib:
“Bilirsiniz, bu gün həm də Ağdamın işğal günü idi. Gün ərzində çoxsaylı təbriklərinizi qəbul etdim, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm. Ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm. Bunu özümə yasaq etmişəm.
Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. Mən 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz.
Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşallah, o günü görəcəyəm, mən buna inanmaq istəyirəm”.
Digər xəbərlər
loading...