“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində 10 nəfərə yaxın şəxs işdən çıxarılıb.
MilliYol.Az aztoday.az-a istinadən xəbər verir ki, işdən çıxarılanlar Ağcabədi rayon şöbəsinin rəisi Fariz İsmayılovu qanunlara məhəl qoymamaqda və merkantil maraqlar güdməsində ittiham edirlər.
Qeyd edək ki, işdən çıxarılanlar arasında təcrübəli elektriklər də var. Məsələn, 20 ildir bu sahədə çalışan ali təhsilli elektrik Hafiz Xəlilov əsassız bir səbəbdən işdən çıxarılıb. Hafiz Xəlilov “Azərişıq” ASC-nin sədri Baba Rzayevə yazdığı müraciətdə bildirir ki, məzuniyyətdə olarkən müalicə olunduğuna görə işə getməməyi səbəbindən heç bir xəbərdarlıq edilmədən və əsassız olaraq əmək müqaviləsinə xitam verilib.
2 övlad atası olan Hafiz Xəlilovun redaksiyamıza təqdim etdiyi sənədlərdən məlum olur ki, o “Azərişıq” ASC-nin çox təcrübəli işçilərindən biri olub.
“Azərişıq” ASC-nin sədri Baba Rzayevin imzaladığı əmrdə isə deyilir ki, Hafiz Xəlilovla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilib.
İşdən çıxarılan mühəndis-nəzarətçi Rövşən Məmmədovla imzalanan əmək müqaviləsinə də oxşar səbəbdən xitam verilib.
İşdən çıxarılan işçilər iddia edir ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində yerliçilik edilir və idarə rəisi Canəhməd Əhmədovun Ağcabədi EŞ-nə qoyduğu müdir Fariz İsmayılovun yerli işçilərə mənfi münasibət sərgiləyir.
Ağcabədi rayon EŞ-də baş verənlərlə bağlı “Azərişıq” ASC-dən münasibət öyrənmək mümkün olmadı.
Fotolar
Digər xəbərlər
loading...