“Neftçi”nin son vaxtlar yaşadığı uğursuzluqlar klubdakı islahatlarla nəticələnib.
MilliYol.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının avqustun 28-də keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarların, eyni zamanda sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunların ən qısa zamanda yerinə yetirilməsini nəzərə alan rəhbərlik bəzi sərt addımlar atıb.
Belə ki, Vəli Qasımov əsas komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Onunla yanaşı, Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən kənarlaşdırılıb.
Klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev də vəzifəsindən azad edilib və bu ştat klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...