"Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı erməni əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil”
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl erməni tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirmişdi. Lakin qısa bir müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən belə həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tamamilə başa çatdırıb. O ki qaldı Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə elə həmin o Tonoyanın dediklərinə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordularındakı son korrupsiya qalmaqalı fonunda erməni əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb. Bir müdafiə naziri kimi D. Tonoyan bilməli idi ki, Rusiya öz silahlı qüvvələrini hər hansı bir silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə açıqlamada qeyd olunur.
Digər xəbərlər
loading...