Sumqayıtda “yaşıl terror”lara göz yuman Mübariz Vəliyev yeni Naziri niyə saymır?
4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Zakir Fərəcova arxalanaraq nazirə meydan oxuyur
Məlumata görə Mübariz Vəliyev cavabdeh daşıdığı və nəzarət etdiyi ərazilərdəki “yaşıl terroru” icra hakimiyyətlərinin üstünə atmaqla özünü sığortalamqla məşğuldur. Ancaq hansısa bir ağacı kəsməyə gələndə orada ilk “bitən”də Mübariz Vəliyev olur və “haqqın”I alıb aradan çıxır.
Saytımıza daxil məlumatda vurğulanır ki, Mübariz Vəliyevin rüşvət alıb göz yumduğu “yaşıl soyqırım”ı medianın diqqətini cəlb edəndə şöbə rəisi Sumqayıt icra hakimiyyətini ortaya ataraq onun qarşısında acis qaldığını deyir.
Obyektiv.info-ya verilən məlumatda qeyd edilir ki, Mübariz Vəliyev son illər Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəovun çətiri altına keçib. Məhz Zakir Fərəcovun dəstəyindən istifadə edən şöbə rəisi Sumqayıt və Abşerondakı “yaşıl soyqırım”lar barədə tədbir görmür. Çünki Sumqayıt icra başçısı ilə yaxın olan münasibətə malik Mübariz Vəliyev haqqını almaqla işini bitmiş hesab edir. Əldə etdiyimiz məlumatda bildirilir ki, Mübariz Vəliyev Zakir Fərəcovun çətiri altına keçəndən bəri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovu belə saymamağa başlayıb. Şöbə rəisi hətta yaxın çevrəsinə açıq şəkildə deyib ki, prezident seçkilərindən sonra Hüseynqulu Bağırov vəzifəsi ilə vidalaşacaq və o Zakir Fərəcovun dəstəyi ilə ETSN-də yüksək vəzifəyə təyinat alacaq.
Sumqayıt bulvarı ətrafında məhf edilmiş şam ağacları fotoıar
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...