Dünya siyasəti zaman-zaman məşhur siyasətçilərin seks qalmaqalları, gizli sevgi macərları ilə silkələnib
Adətən, bu kimi hallar həmin siyasətçilərin, dövlət və hökumət rəhbərlərinin karyerasına son qoyub, reputasiyasına ağır zərbə vurub.
Modern.az dünya siyasətində ən rezonanslı qalmaqalları xatırladır.
Bill Klinton və Monika Levinski
1995-ci ildə Ağ Evdə sınaq müddəti üçün çalışan katibə Monika Levinski prezident Bill Klintonla gizli eşq yaşamağa başlamışdı. Həmin vaxt həyat yoldaşı Hillari ilə gərgin münasibətlərdə olan prezident gənc stajçının ağuşunda özünə sakitlik tapmışdı.
Lakin Monika Levinski prezidentlə sevgi macərası yaşadığını rəfiqəsi, həm də Ağ Ev Administrasiyasında çalışan Linda Tripə danışdıqdan sonra böyük qalmaqal yaranmışdı. Trip dərhal xüsusi prokuror Kennet Stara bu haqda xəbər ötürmüşdü.
Bill Klinton Monika Levinski ilə sekslə məşğul olmadığını dediyi üçün onun impiçmenti gündəmə çıxarılmışdı. Lakin Senatda impiçment qərarı qəbul olunmadı.
Silvio Berluskoni və rəqqasə Rubi
Klinton kimi İtaliya nın sabiq baş naziri Silvio Berluskoni də 2011-ci ildə “Rubigeyt” adını almış seks qalmaqlından yaxasını çətinliklə qurtara bilmişdi. Həmin qalmaqalın əsas siması baş nazirə və bir sıra yüksək vəzifəli məmurlara seksual xidmət göstərən mərakeşli Kərimə əl-Maruq adlı qız idi. Maruqun qalmaqal vaxtı azyaşlı olduğu da bildirilirdi.
2013-cü ilin iyununda artıq keçmiş baş nazir Silvio Berluskoni məhkəmə qərarı ilə azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 7 il müddətinə azadlıqdan məhrum edilmşidi. Amma 2014-cü ildə qərar ləğv olundu.
Donald Tramp və Stormi Deniels
ABŞ-ın hazırki prezidenti Donald Trampın adı da tez-tez seks qalmaqallarında hallanır. Hələ prezident olmazdan öncə, onu bir neçə qadına seksual hərəkətlərdə ittiham etmişdilər. Onlardan biri – Stormi Deniels 130 min dollar qarşılığında bu barədə susmaq barədə razılaşma imzalamışdı.
Lakin buna baxmayaraq, Deniels Tramp prezident seçkildikdən sonra məhkəməyə müraciət etmişdi. O, prezidentin vəkili Maykl Koenlə imzaladığı razılaşmanın pozulmasına çalışır.
Qeyd olunur ki, qalmaqal Trampın həyat yoldaşı Melani ilə münasibətlərinə mənfi təsir göstərməyib.
Dominik Stross-Kan və Nafissatu Diallo
Uğurlu iş adamı və Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Stross Kan seks qalmaqallarının əsas qurbanlarından biri sayılır. 2011-ci ildə Nyu-Yorkda ezamiyyətdə olarkən bankir mehmanaxana otağını təmizləyən xadiməyə hücum edərək onu sekslə məşğul olmağa vadar etmişdi. Həmin hadisə bankirin reputasiyasına ağır zərbə olmuş və Fransa prezidenti seçilmək şanslarını sıfıra endirmişdi.
Beynəlxalq Valyuta Fondundakı postunu da itirən Stross Kan xadiməyə 1,5 milyon təzminat ödəmişdi. Elə həmən il onun həyat yoldaşı Anna Sinkler də ərindən ayrılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...