İşan Tarur
“Washington Post”
Prezident Trampın Helsinkidə rusiyalı vəzifədaşı ilə görüşündən bir həftə keçib və rəsmi Vaşinqton hələ də nəticənin qarışıqlığı ilə məşğuldur. Amerikalı politoloqlar Trampın davranışına məəttəl qalıblar, çünki o, Kremlin 2016-cı il seçkilərinə müdaxiləsinə dair kəşfiyyat məlumatlarına məhəl qoymayıb və bununla bağlı Rusiyanı dalana dirəməyib. Trampın açıqlamaları konqresmenlər və sabiq rəsmilər, hətta Milli Təhlükəsizlik Agentliyi direktorunun tənqidlərinə tuş gəlib.
Fəlakətə baxmayaraq, Ağ Ev Rusiya prezidenti Vladimir Putinə sürpriz i dəvət göndərib. İkinci zirvə görüşü perspektivi daha bir təəccüb mənbəyidir, çünki ilki baş verənlərlə bağlı çoxsaylı suallar ortaya çıxarıb.
Finlandiya paytaxtında birgə mətbuat konfransını hazırlamadan əvvəl, iki saat davam edən xüsusi müzakirələrə yalnız tərcüməçilər qatılıb. Hətta dövlət katibi Mayk Pompeo və Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kouts da daxil olmaqla, əsas vəzifəli şəxslər qapı arxasında qalıb.
Həmkarlarımın son hesabatlarına əsasən, Tramp və Putin Suriyada İsrail ilə əməkdaşlıq etmək üçün Rusiyanın səylərini və Ukrayna mövzularını müzakirə edib. Rusiya səlahiyyətliləri ikilinin Rusiya dəstəkli separatçıların iştirakı ilə Ukraynanın şərq bölgələrində referendum təşkil etmə mövzusunda danışması iddiasını irəli sürüb, amma ABŞ səlahiyyətliləri bu ssenari variantı ilə razılaşmayıb.
Sammit bitəndən bəri Rusiya iki lider arasında olan “razılaşmalar” mövzusunu davam etdirir. Amma Ağ Ev razılıqların izahına dair çox az iş görüb.
Aydınlığın yoxluğu bir həftədir ki, qarışıq mesajlaşmaya mütənasibdir. Ağ Ev prezidentin şərhləri və Putinlə bağlı passivliyini ört-basdır etmək üçün çoxsaylı səylərə baş vurur. Lakin bu cəhdlər Helsinkidə baş verən hadisələrlə bağlı ekspert rəyləri konsensusunda heç nə yaratmayıb. Tramp “böyük mistifikasiya”, yəni Rusiyanın müdaxiləsi ilə bağlı “tvit”lər atmaqla, xüsusi məsləhətçinin tədqiqatına əsl hisslərini büruzə verib.
“Tramp Rusiyanın Qərb demokratiyasına müdaxilə etdiyini bəyan edə bilmədi. Əgər cənab Putin onda bu cəsarəti indi hiss etmirsə, onda bu nə vaxt olacaq? – deyə Almaniyanın ABŞ-dakı keçmiş səfiri Volfqanq İşinger “New York Times”-da ritorik sual qaldırıb. – Bundan sonra demokratik seçkilərə müdaxilənin yoxluğuna kim inanacaq? Cənab Trampın göstərdiyi performans Amerikanın azad dünyanın ehtiramlı lideri olma ambisiyasından imtina etməyə hazır olduğunu göstərir”.
“Biz Amerika xarici siyasətinin iflasına şahid oluruq, – “New Yorker” yazarı Susan Qlasser qeyd edib. –Helsinkidə, qapalı qapılar arxasında deyilənləri hətta tam olaraq bilmədiyimiz halda, zirvə toplantısının nəticəsini artıq bilirik: Amerika hökuməti Rusiya məsələsi ilə bağlı prezidentlə eyni rəyi bölüşmür, onun prosesdə müntəzəm qərar qəbul etmək və son illərdə əsas vəzifəsi yenilənmiş Rusiya təcavüzünə qarşı çıxmaq olan Avropada ittifaq yaratmaq qabiliyyəti çöküb”.
Sabiq şahmatçı və sürgündə olan məşhur rus siyasətçisi Harri Kasparov Vaşinqtonda bir çox insanın qorxusunu dilə gətirib: “Prezident hər zaman xarici siyasət məsələləri üzərində hökmranlıq edəcək və bu, düşmən diktaturaların liderlərini Ağ Evə dəvət etməkdir. Amma Konqres indi elə yöndə işləməlidir ki, Tramp ölkənin açarları yox, yalnız şəxsi sədaqətini Putinə verə bilsin”.
Xarici siyasət icmasından kənarda təpki daha qarışıqdır. Ötən həftə keçirilmiş “Washington Post-ABC” sorğularında amerikalıların 33 faizi Trampın Putinlə görüşünü təqdir edir, 50 faizi isə bunun əleyhinədir. “18 faiz heç bir rəyi olmadığını söyləyir. Respondentlərin 56 faiz Trampın ABŞ kəşfiyyat orqanlarının 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdığına dair şübhələrini bölüşmür.
Hər iki sorğuda Trampın performansını qəti şəkildə qəbul etmədiklərini söyləyənlər təqdir edənlərin sayından çoxdur. Anketlərdə, həmçinin Helsinkidə yaşananların Tramp üçün az problemli olduğunu əks etdirir: əksər amerikalılar Trampın “Putinə dəstək vermədiyini “çox da hiss etmədiyini söyləyib, halbuki getdikcə daha çox amerikalı ABŞ rəhbərliyinin əvvəlkindən zəif olduğunu söyləyir”.
Həftə boyu respublikaçılar Trampı tənqid etsələr də, Kapitolidə Putinlə qapalı görüşdə Trampla birlikdə olmuş Dövlət Departamentinin tərcüməçisini Konqresə çağırmaq üçün demokratların cəhdlərinə sədd çəkiblər. Respublikaçılar əsasən Trampa sadiqdir və noyabr ayında keçiriəcək aralıq seçkilərdən qabaq onun qəzəbini oyandırmağa meylli deyillər.
“The Post”-un yazarı Karen Tumulti Helsinkidən sonrakı müddətin ötənilki fəaliyyəti dövründə Şarlotsvilldə keçirilən neonasist yürüşündən sonra ən pis anı olduğunu iddia edib. Həmin dövrdə Trampın bəzi ağ irqçilərin “çox gözəl insanlar” olduğunu dedikdən sonra yürüşü qınamışdı.
Helsinkidən ayrılarkən, Tramp işlərin yaxşı getdiyini deyib. Şimal şəhərindən qayıdarkən, təyyarəyə minməzdən əvvəl “Fox News”a iki dostyana müsahibə verib. Tramp, həmçinin “Putinlə, güclü, ağıllı və hiyləgər adamla yaxın təmasdan, güclü rəqib olan ruslarla əlaqələrdən vəcdə gəldiyini” söyləyib.
Trampın tənqidçiləri üçün qorxulu budur ki, Putin də bu əlaqələrdən məmnundur, amma eyni səbəblərdən deyil.
Tərcümə: Strateq.az
MilliYol.Az
Digər xəbərlər
loading...