İran rəsmiləri arasındakı korrupsiyanın səviyyəsi onu göstərir ki, bu ölkəni hökumət deyil, mafiya idarə edir
Oxu.az xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Mayk Pompeo Kaliforniyadakı Ronald Reyqan adına Kitabxanada iranlı immiqrantlarla görüşündə deyib.
Dövlət katibi İran rəhbərliyini korrupsiyada ittiham edib.
Onun sözlərinə görə, İranın məhkəmə sisteminin rəhbəri Cadi Laricani ali dini lider Əli Xameneinin dəstəyi ilə qanunsuz yollarla 300 milyon dollar pul qazanıb.
“Çoxları Xameneinin 95 milyard dollarlıq aktivə sahib öz fondunun olmasından xəbərsizdir. Bu fonddakı vəsaitlər vergiyə cəlb edilmir”, - Pompeo deyib.
Dövlət katibi əlavə edib ki, Vaşinqton İrana təzyiqləri davam etdirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...