"Artıq ömrümü sayıram. Kompleksim yaranıb. Uşaq vaxtı 8 yaşım olardı. Qapımıza bir qara çöhrəli, qara paltarlı qadın gəlmişdi. Xanımı içəri buraxdıq. Anam dedi ki, mən istəyirəm oğlum üçün baxdırım"
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər maqazin"ə açıqlamasında deyib. Sənətçi falçının illər əvvəl ona dediklərini bölüşüb:
"Falçı dedi ki, bu çox istedadlı uşaqdır. Gələcəkdə çox şöhrətli, hörmətli adam olacaq. Siz onunla fəxr edəcəksiz. Düzdür, anam o günləri görmədi. Demişdi ki, 70 il ömür sürəcək. Mənim beynimdə artıq o söz qalıb ki, mən 70 yaşda dünyamı dəyişəcəm. Çünki anam da, atam da 70 yaşda dünyasını dəyişib.
Hərdən gecə soyuq tər gəlir mənə ayılıram deyirəm ki, 47 yaşım var, 23 il ömrüm qalıb. Açıq etiraf edirəm ki, ölümdən qorxuram. Özümü adaptasiya edirəm ki, uşaqları yerbəyer edim. Ev, iş ashibi olsunlar ki, məndən sonra əziyyət çəkməsinlər. Uşaqların nə qədər imkanı olsa da, həmişə qoca ata, anaya ehtiyacları var. Bir dəfə oğlanlarm burada deyildi, yoldaşım da bir balaca küsmüşdü məndən. Atasıgildə idi. Uşaqlar da orda idi. Mən də “Ögey ana” filminə baxırdım. Film təsir etdi. Gecə durdum getdim övladlarımı görməyə. Fikirləşdim ki, ata və ana övladın yanında olmalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...