Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan bu həftə Cənubi Afrikada BRICS sammitinə qatılacaq. O, sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRICS iyulun 25-27-də Yohannesburqda yığışacaq. Bu arada inkişaf etməkdə olan iqtisadiyyatlar potensial qlobal ticarət müharibəsinə qarşı iqtisadi siyasətlərini daha sıx koordinasiya etməyə çalışırlar.
Türkiyə BRICS üzvü olmasa da, Ərdogan İslam Əməkdaşlıq Təşkilatının sədri kimi toplantıya qatılacaq.
Rusiyayla Türkiyə geosiyasi əməkdaşlığı gücləndirirlər. Suriya münaqişəsində əməkdaşlıq edirlər, Rusiya Ankaraya S-400 havadan müdafiə sistemləri satmağı planlaşdrır. Türkiyənin üzv olduğu NATO isə bu razılaşmaya qarşı çıxır.
Ərdogan da Çin prezidenti Xi Jinping kimi Afrikayla münasibətləri gücləndirməyə çalışır. O, Afrikanın 20 ölkəsinə səfər edib.
Xi iyulun 22-də Rvandaya gedib. O, Şərqi Afrikanın bu ölkəsinə səfər edən ilk Çin prezidentidir. (azadlıq.org)
MilliYol.Az
Digər xəbərlər
loading...