Belçika parlamenti cinsi əlaqə yaşını endirib
Qaynarino xəbər verir ki, cinsi əlaqə yaşı 16-dan 14-ə salınıb. Dəyişikliyin gəncləri incitmədən qanun layihəsini günün tələblərinə uyğunlaşmarmaq məqsədi ilə aparıldığı açıqlanıb.
Belçikada 1900-cü illərin əvvəllərində qəbul olunan qanun layişəsində cinsi əlaqə yaşı 16 göstərilmişdi. Amma hazırda bu həddin reallığı əks etdirmədiyi bildirilib. Bu səbəbdən minimum hədd 2 il aşağı endirilib. Amma qanun layihəsinə yaş həddi ilə bağlı bəzi qoruyucu maddələr əlavə olunub.
Yeni qanun layihəsinə görə, 14 yaşlı birinin cinsi əlaqəyə girdiyi insan ondan 5 yaşdan artıq böyük olmamalıdır. Bu həddi aşanlar təcavüz ittihamı ilə həbs ediləcək. Məsələn, 14 yaşlı birinin 20 və artıq yaşlı biri ilə münasibətdə olması qadağandır və təcavüz hesab edilir.
Qanunda dəyişiklikliklər Flaman cinsi sağlamlıq mərkəzi olan "Sensoa"nun təklifi ilə edilib. "Sensoa"nun rəsmisi Erika Frans Flaman televiziyasına (VRT) açıqlamasında 16 yaş həddinin reallıqları əks etdirmədiyini bildirib:
"15 yaşlı bir gənc özündən 5 yaş böyük biri ilə cinsi əlaqəyə girə bilər. Bu bir həqiqətdir".
Qanunda edilən dəyişiklikdən sonra təcavüz və cinsi qaydaların pozulmasına görə verilən cəzalar sərtləşdirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...