Bu gün İranın qərbində də 5,9 maqnitudalı zəlzələ baş verib
APA-nın verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 (bəzi məlumatlara görə-26) nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...