Ölkələrindəki daxili savaşdan Avropaya qaçmaq məcburiyyətində qalan 750 min suriyalı evinə qayıdıb
AzEuroNews.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) hesabat yayıb. Hesabat bu ilin ilk altı ayını təşkil edir. Hesabatda vurğulanır ki, keçən ilin ilk altı ayında da ölkəsinə qayıdan suriyalı qaçqınların sayı təxminən 750 min olub.
BMT-nin Humanitar Yardım koordinatoru Panos Moumtzis qeyd edib ki, bu ilin son 4 ayında 920 min suriyalı Avropaya qaçmaq məcburiyyətində qalıb.
BMT-yə görə Suriyadakı müharibə dünyada ən böyük humanitar böhrana səbəb olub. Suriyadakı vətəndaş müharibəsi səbəbiylə 12 milyon suriyalı evini tərk etmək məcburiyyətində qalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...