Rus yazıçısı L.N.Tolstoy 1908-ci ildə Abdullah El Sühreverdinin Hindistanda nəşr olunan “Hz. Məhəmmədin Hədisləri” kitabını oxuyub. Tolstoy oxuduğu hədislərdən bir kitabça tərtib etmiş, bunu Rusiyanın "Posrednik" adlı nəşr evində (1908-ci il Oktyabr) “Məhəmmədin Qurana Girməmiş Hədisləri” adı altında nəşr etdirib.
Tolstoy dini mövzuları çox yaxşı bilirdi. Onun İslama baxışı, xüsusilə 15 mart 1909-cu ildə azərbaycanlı General İbrahim Ağa ilə evli, rus əsilli qadın Yelena Vəkilovaya yazdığı məktubdan aydın olurdu. Yelena Vəkilova uşaqlarının hansı dinə yazdırılacağı mövzusunda düşüncələrinə dəyər verdiyi Tolstoyla məsləhətləşib. Tolstoy da verdiyi cavabda aşağıdakı sözləri söyləyərək İslam peyğəmbəri üçün belə demişdi:
“Hz. Məhəmməd hər zaman xristianlardan üstün düşünüb. O, insanı Allah saymır və özünü də Allah ilə bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir müəmma və sirr yoxdur”. Bu məktublaşmadan sonra xristian qadın övladlarının İslam dininə mənsub olmasına razılıq verdi.
Tolstoyun Hz. Məhəmmədin hədislərini yığıb Çar Rusiyasında nəşr etdirməsi belə böyük bir hadisə idi. Tolstoy kimi bir dahinin, müsəlman olma ehtimalı və İslama duyduğu heyranlığının bir ifadəsi olaraq, kiçik də olsa belə bir tərtib hazırlayıb insanlarla paylaşmaq arzusunda olması və bu kitabçanı nəşr etdirməyi balaca iş deyildi. İnsanlar məşhur yazarın bu inanc, mədəniyyətindəki dəyişimi bilməli idi.
Kitabı ruscadan dilimizə tərcümə edən Telman Xürşidoğlu “L.Tostoy bu əsərləri rus oxucusuna Hz.Məhəmmədin hədisləri kimi tanıdıb. Cəsarətlə deyə bilərik ki, onların dini düşüncə və tərbiyəsinə təsir etmişdir. Burada Hz.Məhəmmədin mənliyi, ilahi qüdrətə söykənən fikirləri, eyni zamanda Rusiyada dini mömin sayılan Tolstoyun yazdığı təqdimat bukletin təsirini artırıb”.
Sovet İmperiyası dövründə Tolstoyun əsərləri dəfələrlə nəşr olunsa da, “Hz. Məhəmmədin Qurani-Kərimə girməyən Hədisləri” toplusu nəşr olunmayıb. SSRİ-nin ilk illərində insanlara ateistlik zorla qəbul etdirilib. Bunu qəbul etməyənlər 1938-ci ildə repressiya qurbanları kimi edam ediliblər. Belə bir dövrdə təbii ki, Tolstoyun bu mətninə yer verilməyi əlbəttə, düşünülə bilməzdi.
Rusiyada İslamı qəbul etmiş Valeriya Prohova adında bir qadın var idi. Bu qadın ərəblə evlənib 11 il Ərəbistanda yaşamışdı. Prohova “Quran”ı rus dilinə tərcümə etmiş və ilahiyyatçılar bu tərcüməni bəyənmişdilər. Prohova cəsarətlə Tolstoy və İslam mövzusunu mediada çox ciddi şəkildə işıqlandırıb.
V.Prohova Tolstoyun ömrünün sonlarında İslamı qəbul etdiyini və bir müsəlman kimi torpağa verilməyi vəsiyyət etdiyini Sovet mediasında dilə gətirib. Sovet hökuməti uzun illər bu həqiqəti gizlətməyə çalışıb. Prohova bu əhəmiyyətli sənədi böyük cəsarətlə açıqlayıb, yayımlanmasını təmin edib. Onun məzarının üstündə xaçın olmaması da onun İslam dininə uyğun basdırıldığına dəlil olaraq göstərilir.
Rus xalqı, xüsusilə rus ziyalıları və alimləri L.N Tolstoyu ilahi bir qüvvəyə sahib biri kimi sevirdilər və onun İslamı qəbul etməsi Rus cəmiyyətində İslama güclü axın başlada bilərdi. Bu səbəbdən də Tolstoyun İslamı qəbul etmə ehtimalını belə gizli saxlamağa çalışırdılar. Rus Dövləti Tolstoy kimi bir dahinin İslama hörmətinin və müsəlman olduğunun cəmiyyətə açıqlanmasına icazə verməzdi. Buna görə kitabın ön sözündə “insanlardan uzun müddət gizlədildi "deyə ifadə yer alır.
Buradan da aydın olur ki, Tolstoy yazdığı bu kitabla İslam dini və Hz.Məhəmməd gerçəyini o biri dinlərlə müqayisədə səbəb-nəticə əlaqəsiylə və suallara tapdığı cavablarla şərh gətirir.
Görün Tolstoy nə yazır:
"Bunu söyləmək nə qədər qəribə olsa da, mənim üçün Məhəmmədçilik Xaça tapınmaqdan (xristianlıqla) müqayisə edilə bilməyəcək qədər yüksəkdə dayanır. Əgər insan, seçim haqqına sahib olsaydı, ağlı başında olan hər bir insan, şübhə və tərəddüd etmədən Məhəmmədçiliyi; tək Allahı və onun peyğəmbərini qəbul edərdi". Lev N. Tolstoy (1828-1910)
Tolstoy kitabın “Etiraflar” hissəsində isə "Allaha inanmaq”, “Heç ola bilənləri tapmaq”, “Allahla birləşmək”, “Allahı tapmaq gərək”, “Xristianlığı qəbul edə bilmirəm”, “Allahı arayış” “Səbəbsiz bu dünyaya gəlməzdim” başlıqlı mövzularda fikirlərini yazır.
Tolstoy “Onu hiss etdiyim və Onu axtardığım zaman yaşayırdım. Elə isə, O vardır. O, Onun izni olmadan yaşanmayan şeydir. Allahı bilmək və yaşamaq, bir və eyni şeydir. Allah həyatdır. Allahı axtararaq yaşadığın halda, həyat Allahsız yaşanmaz” deyib. Bu sözlərdən və kitabda yazdığı hissələrdən Tolstoyun səmimi bir qəlblə Allaha yönəlməyə çalışdığı aydın görünür.
MilliYol.Az
Digər xəbərlər
loading...