Heç bir texnika ölkənin hərbi gücünü tank kalonnası qədər yaxşı təqdim edə bilməz.
ABŞ və Rusiya Avropada təsir dairəsi uğrunda mübarizə apardığı üçün Pentaqon güc nümayiş etdirmək məsələsində zirehli texnikadan istifadəyə xüsusi əhəmiyyət verir.
Elə məhz ona görə də, may ayının əvvəlində ABŞ-ın “M1 Abrams” əsas döyüş tankları uzun yoldan sonra Gürcüstana gəliblər. Onlar ABŞ silahlı qüvvələrinin 2008-ci ildə Rusiya ilə qısa, lakin amansız müharibə yaşamış Gürcüstan ərazisində peyda olmuş ilk tanklarıdır. May ayının 4-də 70 tonluq “M1 Abrams” və piyadaların döyüş maşını (PDM) ”M2 Bredli” ilə yüklənmiş bərə Gürcüstanın Batumi limanına çatıb. Onlar oraya, ABŞ silahlı qüvvələrinin Avropadakı birləşmiş komandanlığı ilə Gürcüstan hərbçilərinin müştərək keçirəcəkləri üç günlük təlimlər üçün gəliblər.
“M1 Abrams” tankı hələ 1970-ci illərdə yaradılıb, ancaq buna baxmayaraq, onun yeni versiyası ən müasir kompyuterlərlə, optik cihazlarla və yeni kommunikasiya-naviqasiya avadanlıqları ilə təchiz edilib ki, bu da öz növbəsində tank ekipajına 120 millimetrlik topun hədəflərə doğru dəqiq tuşlanmasına, yaxşı gecə görüntüsünü, əlverişsiz şərtlər daxilində də döyüşün aparılmasına imkan yaradır.
Gürcüstan tankçıları indiyədək Sovet dövründən qalmış 45 tonluq yüngül və kompakt “T-72” tanklarını idarə edirlər. Hərçənd ki, onların bəziləri “SIM-1” versiyası kimi təkmilləşdirilib. ”SIM-1” modeli Polşa istehsalı olan lazer gecə görüntüsü tuşlayıcısı və yeni radiostansiya ilə təchiz olunub.
Gürcüstan NATO-nun üzvü olmasa da, amma alyans bu dövlətin silahlı qüvvələri ilə sıx şəkildə əməkdaşlıq edir. Bu təlimlərin bəyan olunan məqsədlərindən biri də, gürcü əsgərlərindən ibarət olan 200 nəfərlik qrupun NATO-nun çevik əməliyyat qüvvələrinin tərkibində iştirak etməsidir.
NATO-nun sayı 40 min nəfərə çatan çevik birlikləri planetin istənilən yerində baş verə biləcək böhranlı hadisələrə təcili cavab vermək üçün yaradılıb. Ayrı-ayrı ölkələr öz hərbçilərini bir il müddətində rotasiya əsasında NATO-nun çevik birliklərində xidmətə göndərirlər.
Gürcüstan hərbçiləri 2004-cü ildə NATO qüvvələri ilə birlikdə Əfqanıstanda vuruşublar. Bunun üstündən demək olar ki, on il keçdikdən sonra alyans Gürcüstanın NATO –nun çevik hərəkət birliklərinə hərbçi göndərmək təklifini qəbul edib.
Pentaqon təkcə Gürcüstan hərbçilərinə hazırlıq keçmək deyil, həmçinin də oraya yolladığı tankların köməyi ilə Moskvada və ABŞ-ın digər müttəfiqlərində təəssürat oyatmaq istəyir.
Sovet İttifaqının dağılmasından sonra Vaşinqton Avropadakı qoşunlarının sayını azaltmağa başladı. Sonuncu ABŞ tankı 2013-cü ildə Avropanı tərk etmişdi.
Bunun üstündən bir il keçdikdən sonra Rusiya 2014-cü ilin mart ayında Krıma soxularaq, bu yarımadanı ilhaq etdi. Dörd aydan sonra isə prezident Barak Obama Avropanın təhlükəsizliyinin təmin olunması təşəbbüsü ilə çıxış edərək, bütün növ hərbi birləşmələrdəki personalın və vasitələrin sayının artırılacağnı bildirdi. Pentaqon digər NATO ölkələri ilə birlikdə, xüsusən də Şərqi Avropadakı hərbi təlimlərinin sayını artırdı. Bu arada isə Rusiya Ukraynanın şərqindəki separatçıları zirehli texnika və artilleriya silahları ilə təchiz edərək dəstəyini sürdürürdü. Yəni, tanklarla üz-üzə, göz-gözə dayanılıb.
ABŞ-ın tank birlikləri Avropadakı anbarları tərk etdikdən sonra, ABŞ ordusu hərbi texnikanın Avropa kompleksini yaratdı və bu hərbi təlimlərin keçirilməsi və digər məsələlərin həlli üçün nəzərdə tutulurdu. Ona görə də, ABŞ hərbçiləri həmin kompleksin nəzdinə verilmiş “Abrams” tanklarını və “Bredli” piyadaların döyüş maşınlarını Almaniyadakı anbarlardan çıxardaraq, növbəti təlimlərin keçirilməsinə yollayıb.
Bundan dörd ay sonra Texasdakı quru qoşunlarından Baltika ölkələrinə və həmçinin də Polşaya hərbi texnika göndərildi. 2015-ci ilin aprelində ABŞ-ın Corciya ştatındakı hərbçilər təlimlərin keçirilməsi üçün Pribaltikaya tanklar yollamışdı. 2015-ci ilin iyun ayında isə ABŞ HHQ-nə məxsus “C-17” yük təyyarələri Bolqarıstana bir neçə “Abrams” tankı gətirmişdi.
Zirehli texnikanın çatdırılması üçün Pentaqon təkcə təyyarələrdən deyil, həm də Avropanın geniş dəmir yol şəbəkəsindən istifadə edir.
Tankların Gürcüstana çatdırılması üçün Amerika hərbçiləri onları Almaniyada qatarlara yükləyərək Bolqarstanın Varna şəhərinə yollayıblar. Oradan isə bərə vasitəsilə yük platformasındakı tanklar Qara dənizdən keçərək Gürcüstana gətirilib. Ağır texnikanın Bolqarstandakı portdan Batumiyə çatdırılmasına dörd gün sərf olunub.
Göründüyü kimi texnikanın daşınması vaxt aparır. Bu ilin fevralında “RAND corparation” öz məruzəsində bu cür konkret çətinliklər barəsində geniş izah verərək, Rusiyanın Estoniya və Latviyaya mümkün müdaxilə ssenarisini ətraflı şərh etmişdi.
Bu elmi təhqiqat təşkilatının ekspertlərinin fikrinə görə, tankların və NATO-nun digər ağır texnikalarının köməyi olmasa, Rusiya Estoniya və Latviyanın paytaxtını 36 saat ərzində zəbt edə bilər.
Tbilisi yaxşı anlayır ki, lazımı anda amerikanların köməyi yubana və hətta gəlməyə də bilər. 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiya uğrunda Rusiya ilə müharibəyə girişdi və məğlub oldu. Döyüşlər getdiyi bir vaxtda Kremlin ordularının amerikanların oradakı hərbi maşınlarını və digər avadanlıqlarını ələ keçirdikdə, ABŞ məmurları Gürcüstandakı hərbçilərinə deyirdilər ki, onlar bu münaqişəyə qarışmasınlar.
Pentaqon 2017-ci ildə Avropada təhlükəsizliyin təmini üzrə təşəbbüsün reallaşması üçün 3,4 milyard dollar ayrılmasını istəyib. Bu isə keçən büdcə ilində tələb olunan məbləğdən dörd dəfə böyükdür. Həmin vəsaitin əhəmiyyətli hissəsi böyük sayda tankların, artilleriya silahlarının və digər texnikaların Avropa ərazisinə daşınmasına və orada saxlanmasına sərf ediləcək.
Beləliklə, Avropada yerləşəcək 5 min nəfərlik hərbçi üçün kifayət edə biləcək silahlar olacaq. ABŞ ordusu bu texnikadan istifadə etmək üçün müvəqqəti olaraq Avropada yerləşdiriləcək.
ABŞ müdafiə naziri Eşton Karter deyib: “Hər şey soyuq müharibə dövründə olduğundan fərqli olacaq, lakin biz müasir dövrə cavab verən güclü önləyici tədbirlər əldə edəcəyik”.
Bu cür önləyici tədbirlədə tanklar ən mühüm element olacaq. (apolitika.info)
"Milli Yol"
Digər xəbərlər
loading...