Çökmüş yolun altında ikimərtəbəli zirzəmi aşkarlanıb
Söhbət Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində bir neçə gün bundan əvvəl baş vermiş çökmədən gedir. Hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, binanın zirzəmisi böyük bir ərazini əhatə edir.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. /xezerxeber.az
Digər xəbərlər
loading...