Korrupsiya haqda hər gün daxil olan məlumatlar şok yaradır
Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Mən heyrətdəyəm. Əvvəllər özümü, məsələni şişirtməmək üçün, kəskin tənqidlə məhdudlaşdırırdım, amma bu gün mən korrupsiyanın həcmilə bağlı sadəcə, şoka düşmüşəm. Bu sadəcə təsəvvür olunmayan haldır", - Paşinyan bildirib.
Erməni baş nazirinin sözlərinə görə, korrupsiya haqqında hətta ən kəskin çıxışı belə, ölkədə onun real miqyasları ilə müqayisədə gülməli görünəcək.
"Mən belə anlayıram ki, daha ay dörd mən hər gün təəccüblənəcəyəm. Bu necə mümkün ola bilər? Hər gün mən belə məlumatlar alıram, onlara inanmaq istəmirəm, amma mənə dəqiq sübutlar gətirirlər: nömrə 1, nömrə 2, 3, 4…", - deyə baş nazir düşündüklərini bölüşüb.
Onun sözlərinə görə, hər şey o qədər pisdir ki, artıq əsəblər dözmür.
Digər xəbərlər
loading...