Paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC qəfəsdən kənarda olan ev heyvanlarının, eləcə də içkili sərnişinlərin avtobuslarına daxil olmasını qadağan edib
Bu barədə şirkətin direktor müavini Azər Qasımov bildirib.
"Bu qadağalar Nazirlər Kabinetinin "BakuBus" üçün müəyyən etdiyi Əsasnamədə də öz əksini tapıb. Xüsusilə sürücülərə tapşırmışıq ki, sərxoş sərnişinləri avtobusa götürməsinlər. Çünki bu, onlarda müəyyən narahatlıq yaradır və avtobuslararası intervalı artırır", - deyə o qeyd edib.
A.Qasımov avtobusların gecikmə ilə hərəkət etməsini həm də şəhərin mərkəzindəki qeyri-qanuni parklanmalarla, taksi sürücülərinin avtobus dayanacaqlarını zəbt etməsi izah edib: "Qeyri-qanuni parklanmalara görə xüsusilə pik saatlarda tıxaclar olur. Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücüləri dayanır, bu da avtobuslara dayanacağa girməyə mane olur. Son nəticədə sərnişinlər yolun ortasında düşməli olur, həm də avtobuslararası interval artır. Əlbəttə, istəmərik ki, avtobuslar dayanacaqlara cüt-cüt gəlsinlər. Gecikmə probleminin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyinin tədbirlər görəcəyi gözlənilir".
Digər xəbərlər
loading...