Saatlı rayonunda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti aşkarlanıb
Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində otlaq sahədə yanğın baş verib. Yanğının baş verdiyi ərazinin yaxınlığında Əhmədbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Babaşov Əflatun Ərəstun oğlunun meyiti aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ehtimala görə, adı çəkilən şəxs tüstüdən boğulub.
Faktla bağlı araşdırma aparılır. (APA)
MilliYol.Az
Digər xəbərlər
loading...