Haruki Murakaminin maraqla gözlənilən “Cəngavərlər komandirinin qətli” yeni romanı bu ilin oktyabr ayında ingiliscə nəşr ediləcək
Kulis.az türk saytlaırna istinadən xəbər verir ki, “İnkişaf edən fikir” və “Sürüşkən metafora” adlanan iki hissəli roman bir cilddə çap olunacaq.
Romanın əsas süjet xəttini incəsənət və yaradıcılıq prosesi təşkil edir. Əsərin qəhrəmanı həyat yoldaşından ayrılan və bu ayrılığın öhdəsindən gəlməyə çalışan rəssamdır.
Rəssam məşhur bir aktrisanın evində yaşayaraq həm də rəsm əsərləri çəkməklə məşğuldur. Lakin bir gün gözlənilmədən o, evin tavanından Motsartın “Don Juan” operasının notlarını və yeddinci əsr Yaponiya incəsənətinə məxsus nadir sənət əsərləri tapır.
Xatırladaq ki, roman ötən ilin fevral ayında Yaponiyada yayımlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...