Bakıda dələduzluqla əlaqədar axtarışda olan və tutulan şəxs hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Zaur Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Zaur Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib. Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyini vəd edib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb. Elan olunmuş ittihamla özünü qətiyyən təqsirli bilməyən Zaur Əzimov günahsız olduğunu söyləyib.
Məhkəmədə zərərçəkmişlər iştirak etmədiyinə görə proses iyulun 27-də davam etdiriləcək.
Xatırladaq ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb. Qeyd edək ki, Zaur Siyavuş oğlu Əzimov “MTN işi”ndə zərərçəkmiş kimi də tanınıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...