MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının üzvləri qurumun Bakıda keçirilən toplantısı çərçivəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüblər
APA-nın "crimea.kz" saytına istinadən verdiyi xəbərə görə, qonaqlar görüşdə qeyd ediblər ki, Şura 20 ildən çox müddət ərzində mühüm və məsuliyyətli bir vəzifəni yerinə yetirib və onun fəaliyyət formatı MDB ölkələri hüquq-mühafizə orqanlarının nümayəndələrinə transmilli cinayətlərə, korrupsiyaya, narkotik maddələrin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya qarşı ortaq yanaşmaları inkişaf etdirməyə imkan verir.
Qeyd olunub ki, dövlətlərarası əməkdaşlığa dair proqramların həyata keçirilməsi, qurulmuş informasiya mübadiləsi sistemi dövlətlərarası axtarışda olan çoxlu sayda insanın saxlanılmasına kömək edib.
MilliYol.Az
Digər xəbərlər
loading...